Antalyada daha bir meşə yanğını başlayıb

Türkiyə hazırda ölkənin müxtəlif yerlərində başlayan meşə yanğınları ilə mübarizə aparır.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, Antalyada növbəti dəfə meşə yanğını başlayıb.

Məlumata əsasən, Antalyanın Qazipaşa əyalətində meşəlik ərazidə 4 fərqli hissədə yanğın başlayıb.

Yanğın yaşayış yerlərini təhlükə altına atdığından bəzi evlərin sakinləri təxliyyə edilib. Küləyin təsiri ilə alovlar tez bir zamanda daha çox əraziyə yayılır. Hazırda yanğını söndürmək istiqamətində əməliyyatlar davam edir.

Qeyd edək ki, Antalyada baş verən meşə yanğınları zamanı 3, Marmarisdə yanğınlar səbəbindən isə 1 nəfər həlak olub.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

MN açıqlama yaydı, Ermənistan sözünü dəyişdi

SONRAKI XƏBƏR

Deputatın polisi döyməsi təsdiqləndi - Araşdırma başlanıldı