İranda zəlzələ olub

İranda zəlzələ olub

İranda zəlzələ baş verib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata görə, yeraltı təkanlar ölkənin cənubunda 4,4 bal gücündə qeydə alınıb. Zəlzələnin episentri liman şəhəri Buşirdən 79 kilometr şimal-qərbdə, zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur. 

Mənbə: redaktor.az