Xaçmazda qadını qətlə yetirən əri tutuldu

Xaçmazda dəmir yolu vağzalı ərazisində qadını qətlə yetirən şəxs saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, 34 yaşlı Könül Bayramova həmin ərazidə bir neçə bıçaq zərbəsi vurularaq qətlə yetirilib. Xaçmaz Dəmir Yol Polisi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən əri, M.Mirzəbəyov saxlanılıb.

Onun K.Bayramova ilə qeyri-rəsmi nikah münasibətində yaşadığı bildirilir. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda minik avtomobilinin istehsalı azalıb

SONRAKI XƏBƏR

Sumqayıt zibil poliqonunda yanğın təbii şəkildə baş verib - AÇIQLAMA (VİDEO)