İsrail qüvvələri fələstinli gənci öldürdü

İsrail qüvvələri fələstinli gənci öldürdü

Eastnews.org-un verdiyi xəbərə görə, əl-Xəlil şəhərinin Beyt-Ummər qəsəbəsində gülləylə vurulan fələstinli bir gənc həlak olub.

Fələstin Səhiyyə Nazirliyi rejim qüvvələri tərəfindən başından və mədəsindən güllə yarası alan 20 yaşlı Şövkət Xalid Avadın həlak olduğunu açıqlayıb.

Avadın dünən günortadan sonra Beyt-Ummər qəsəbəsinin girişindəki hadisələrdə ağır yaralandığı və çatdırıldığı xəstəxanadakı bütün müdaxilələrə baxmayaraq, xilas edilə bilmədiyi vurğulanıb.

Bölgədəki fələstinlilər dünən bir fələstinli uşağı öldürən İsrail rejimi qüvvələrinə qarşı reaksiya vermişdi.

 

Mənbə: eastnews.org