Gürcüstanda selin fəsadları aradan qaldırılır

Gürcüstanda selin fəsadları aradan qaldırılır

Gürcüstanda leysan yağışlarının vurduğu fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ölkənin Lentexi bölgəsində leysan yağışlarının və çayların məcradan çıxması nəticəsində bölgəyə dəyən zərər aradan qaldırılır.

Məlumata əsasən, Esieri kəndində daxili yol bərpa olunub. Digər kəndlərdə isə oxşar işlər davam etdirilir. Bəzi kəndlər hələ də qapalı olaraq qalır. Bavari kəndi isə işıqsızdır.

Təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə bağlı işlər davam etdirilir.

Mənbə: qafqazinfo.az