Dünya yanğınla mübarizə aparır - Fotolar

Dünya yanğınla mübarizə aparır  - Fotolar

Dünyanın müxtəlif hissələrində davam edən yanğınlar artıq on minlərlə hektar ərazini məhv edib.

“Qafqazinfo” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ABŞ, Rusiya və Avropa İttifaqı (Aİ) ölkələri yanğından xüsusilə əziyyət çəkir.

Bəzi ölkələrdə cari ildə qeydə alınan yanğın sayları ötən illərin orta statistik göstəricilərini üstələyib.

NASA agentliyinin “FIRMS” sisteminin peyk xəritəsinə əsasən, dünyanın bir çox yerlərində ABŞ-dan tutmuş Rusiya, Cənubi Amerika, Afrika, Aİ ölkələrinə qədər yanğınlar qeydə alınıb. Avropada yanğınlar əsas olaraq İtaliya, Yunanıstan və Ruminyada baş verir.

Avropa Komissiyasının interaktiv xəritələri sayəsində görmək mümkündür ki, iri və kiçik yanğınlar bütün qitəni öz cənginə alıb. Xəritənin məlumatlarına əsasən, demək olar ki, Aİ-nın bütün ölkələrində bir həftədən çoxdur ki, müxtəlif miqyaslı yanğınlar davam edir.

İtaliya

İri və kiçik həcmli yanğınların ən çoxu İtaliyanın cənubunda baş verir. Yerli KİV-in məlumatına görə, Siciliya və Sardiniya adalarında, həmçinin kalabriya bölgəsində yanğınlar səbəbindən minlərlə hektar ərazi yanıb kül olub.

Rumıniya

Ruminiyanın paytaxt Buxarest şəhərinin də yerləşdiyi cənub hissəsi və Bolqarıstanla olan sərhəd əraziləri yanğınların təsirinə məruz qalıb. Qonşu Moldova və Ukraynada da meşə yanğınları davam edir.

Yunanıstan

Paytaxt Afinanın yaxınlığında yerləşən Stamata adlı yaşayış məskənində iyulun 27-si meşə massivində yanğın başlayıb. Yanğın tez bir zamanda yaşayış olan bölgələrə yayılıb. Yerli rəhbərlik Stamatada vəziyyətin ağır olduğunu bildirib.

Rusiya

Yakutiyada iyulun əvvəli başlayan yanğın hələ də davam edir. Yanğın nəticəsində bu günə qədər burada 1,3 milyon hektar meşə massivi tamamilə məhv olub. Yerli hakimiyyət yanğınla əlaqədar fövqəladə vəziyyət elan edib. Rusiya Fövqəladə Hallar Nazirliyinin bu yaxınlarda verdiyi məlumata əsasən, 144 müxtəlif hissədə yanğının söndürülməsi ilə bağlı işlər davam etdirilir.

ABŞ və Kanada

ABŞ-ın Milli Qurumlararası Yanğın Mərkəzinin iyulun 290na olan məlumatına görə, 82 iri yanğın nəticəsində 13 ştatda minlərlə hektar ərazi yanıb. Bununla yanaşı, Aydaho, Alyaska və Minnesota ştatlarından iri miqyaslı yanğınlar barədə məlumatlar gəlib.

Kanadada isə ilin əvvəlindən 4576-dan çox yanğın qeydə alınıb. Bu isə son 10 ilin orta göstiricilərdən 1000 dəfə çoxdur. Burada yanğınlar nəticəsində 2150 hektar ərzi məhv olub.

Mənbə: qafqazinfo.az