ABŞ vətəndaşı pakistanlı diplomatın qızını öldürüb

ABŞ vətəndaşı pakistanlı diplomatın qızını öldürüb

İslamabadda yüksək səviyyəli pakistanlı diplomatın qızının cəsədi tapılıb. Azvision.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, 27 yaşlı Nur Mukadamın ölümündə dostu, ABŞ vətəndaşı və Pakistanın ən varlı ailələrindən birinin üzvü Zahir Caffer günahlandırılır.
Araşdırmalara görə, kişi qurbanı evinə aparıb, iki gün orada saxlayıb, sonra isə qızla qəddarcasına rəftar edib.

Pakistanın Cənubi Koreyadakı keçmiş səfirinin qızının ölümü ictimai rezonans doğurub, onun vətənində, eləcə də ABŞ və Kanadada etirazlara səbəb olub.

Pərvanə Sultanova

Mənbə: azvision.az