Diskotekaya gələn koronavirus xəstəsi 200 nəfəri yoluxdurdu

Diskotekaya gələn koronavirus xəstəsi 200 nəfəri yoluxdurdu

Hollandiyanın Ensxede şəhərində iyun ayının sonlarında koronavirusa yoluxma ilə bağlı gözlənilməz artımın səbəbi bəlli olub. Azvision.az xəbər verir ki, səlahiyyətlilər virus daşıyıcısı olan bir xəstənin şəhərdə diskotekaya getməsini buna əsas səbəb göstərirlər.

Bələdiyyə Sağlamlıq Xidmətinin (GGD) nəşr etdiyi araşdırmada bildirilir ki, həmin şəxsin baş çəkdiyi gecə klubunda təxminən 200 adam virusa yoluxubmuş.

Maraqlısı isə budur ki, testi müsbət çıxan vətəndaş xəstə olmasından xəbərsiz olub.

Tural Tağıyev

 

Mənbə: azvision.az