Türkiyədə bir ailənin 7 üzvü qətlə yetirildi, evləri yandırıldı

Türkiyənin Konya bölgəsinin Meram rayonunda bir evə silahlı hücum olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə nəticəsində eyni ailədən 4-ü qadın olmaqla 7 nəfər dünyasını dəyişib. Qatil daha sonra cinayət törətdiyi evi yandıraraq hadisə yerindən uzaqlaşıb.
Qətllə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu cinayətin bəzi iddialarda deyildiyi kimi türk-kürd məsələsi olmadığını, iki ailə arasında 11 ildir davam edən ədavətin nəticəsində baş verdiyini dilə gətirib.

 

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

Antalyada yanğın mənzərələri: savaş meydanı kimi... FOTOLAR

SONRAKI XƏBƏR

Rusiyada təyyarə dənizə düşüb