Azərbaycan Türkiyəyə sabah helikopter göndərəcək

Azərbaycan Türkiyəyə sabah helikopter göndərəcək

Azərbaycan Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi üçün sabah helikopter göndərəcək.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

"Sabah səhər bizim bir yanğın helikopteri də meşə yanğınlarının baş verdiyi hadisə yerinə tərəf uçuş edəcək və günün sonunda hadisə yerində yanğınla mübarizəyə başlayacaq" - deyə nazir müavini bildirib.

Mənbə: report.az