Samuxda piyadanı avtomobil vurub

Samuxda piyadanı avtomobil vurub

Samux rayon Çobanabdallı kəndində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub .

"Report"un Qərb Mərkəzinin məlumatına görə, kənd ərazisində Gəncə şəhər sakini, Əhmədov Şahin Hidayət oğlunu avtomobil vurub.

Müxtəlif xəsarətlər alan piyada təcili tibbi yardım maşını ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mənbə: report.az