Göygöldə iki qardaş bıçaqlanıb

Göygöl rayonunda iki qardaşa bıçaqla xəsarət yetirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Quşqara kəndində fəaliyyət göstərən kafelərin birində olub.

Göygöl rayon sakini, 1998-ci il təvəllüdlü İsamyılov Sənan Dəmir oğlu və onun qardaşı 1992-ci il təvəllüdlü İsmayılov Əkbər bıçaq xəsarəti alıb. Onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

S.İsmayılovun xəsarəti daha ciddidir. Faktla bağlı araşdırmalara başlanılıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bu da həyat yoldaşı şəhid olan əməkdar artistin BAĞI, LÜKS VİLLASI - FOTO

SONRAKI XƏBƏR

Yunanıstanda yanğın səbəbiylə dörd yaşayış məntəqəsinin sakinləri təxliyə edilib