Yunanıstanda yanğın səbəbiylə dörd yaşayış məntəqəsinin sakinləri təxliyə edilib

Yunanıstanda yanğın səbəbiylə dörd yaşayış məntəqəsinin sakinləri təxliyə edilib

Peloponnes yarımadasının Ziria bölgəsində güclü meşə yanğınları səbəbindən dörd yaşayış məntəqəsi, uşaq düşərgəsi və bir otelin sakinləri təxliyə edilib.

Trend-in məlumatına görə, bu barədə yerli ERT1 telekanalı xəbər yayıb.

Məlumata əsasən, təxliyyə edilən Ziria, Kamares, Lampiri və Lonqos yaşayış məntəqələrinin sakinləridir.

Yanğını söndürmək üçün 95 yanğınsöndürən maşın, 4 yanğşnsöndürən piyada qrupu, 4 təyyarə və vertolyotlar cəlb edilib.

Mənbə: az.trend.az