Azərbaycan 3 erməninin meyitini təhvil verdi

Azərbaycan 3 erməninin meyitini təhvil verdi

Azərbaycanın Füzuli rayonu ərazisində 3 erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Daha 3 erməni hərbçisinin meyiti isə Xocavənd ərazisində Azərbaycan tərəfindən Ermənistana təhvil verilib.

Bununla da işğaldan azad edilən ərazilərimizdən 2020-ci il noyabrın 14-dən bugünədək tapılan erməni əsgər meyitlərinin sayı 1 629-a çatıb.

Qeyd edək ki, axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır.

Mənbə: axar.az