FHN-in ikinci qrupu Dənizlidə: əməliyyat başladı

FHN-in ikinci qrupu Dənizlidə: əməliyyat başladı

Bu gün axşam saatlarında qrup təyinat məntəqəsinə doğru irəliləyərkən Dənizli bölgəsində meşədə qəfil yanğın ocaqlarının yaranması və ətraf ərazilər üçün ciddi təhlükə törətməsi səbəbindən qrupun hərəkət istiqamətinin dəyişdirilərək operativ qaydada Dənizli istiqamətinə yönəldilməsi qərara alınıb.

Axar.az xəbər verir ki, Dənizlidə yaranmış yanğın ocaqlarına çevik müdaxilə edən yanğın-xilasetmə qrupumuz hazırda həmin ərazidə yanğınların söndürülməsi əməliyyatlarını icra edir.

Ərazidə qüvvələrin fəaliyyətinin koordinasiya edilməsi və qarşılıqlı əlaqənin təmin edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda Dənizlidədir.

Mənbə: axar.az