Yanğının ortasında qalan adam: “Dərim neylon kimi qopurdu”- FOTOLAR

Türkiyədə genişmiqyaslı meşə yanğınları davam edir. Bu gün yerli media yanğınlarla mübarizədə qəhrəmanlıq göstərmiş Dənizli sakini Süleyman Köylüoğlu haqqında maraqlı bir məlumat paylaşıb. Azvision.az xəbər verir ki, məqalədə dünən günorta saatlarında Dənizlinin Bulda bölgəsinin Türlübəy məhəlləsində başlamış dəhşətli meşə yanğınlarının 12 saatlıq əməliyyatlardan sonra söndürülməsi haqqında yazılıb. Yaşayış məntəqəsini təhlükə altına qoyan yanğınlar zamanı yerli sakinlər, eləcə də "Orman Bölgə Müdürlüyü"nün xüsusi qrupları alovu söndürmək üçün səfərbər olublar. Vətəndaşlar yanğının məhəlləyə çatmaması üçün əllərində olan traktor və su tankerləri ilə müdaxilə ediblər.



Buldan kəndində yaşayan Süleyman da yanğınsöndürənlərin yardımına qaçıb. O gözlənilmədən alovların ortasında qalıb. Köylüoğlunun traktoru və su tankeri yanaraq kül olub. Yanğın bölgəsində qalan texnikalar bir neçə dəqiqəyə zibilliyə atılacaq hala gələrək dəmir yığınına çevrilib.

Hadisə ilə bağlı qəhrəman kənd sakini bunları deyib:



Türkiyə bu gün də yanğınlarla mücadilə apardı- FOTOLAR
"Alovların arasında bir meşə işçisini gördüm. Fəryad edərək su istəyirdi. Yanğınsöndürmə qrupuna yardım üçün su daşımaq və fəryad edəni xilas etməyə çalışdım. Su toplayıb həmin bölgəyə çatan kimi alovlar surətlə yayıldı. Artıq yanğınlar olan ərazinin tam ortasında qalmışdım. Alovlar sağımdan vurdu. Qolumdakı dərinin neylon kimi açıldığını gördüm. Kürəyim yanmağa başladı. Aldığım nəfəs sanki alov kimi idi. Traktorla manevr edib qaçmağa çalışdım. Amma bacarmadım. Çətin olsa da texnikamı atıb qaçdım. Qaçarkən, səhv istiqamətə gedə biləcəyimdən də çox qorxurdum. Kimsədən yardım istəyə bilmədim. Çünki səsim belə çıxmırdı. Yalnız çətinliklə qaçaraq özüm öz həyatımı xilas edə bildim".



Kül olan traktoru kreditlə aldığını və uzun müddətdən sonra keçən il borcunu tam ödəyib yekunlaşdırdığını deyən Köylüoğlu oxşar bir hadisə baş verəcəyi təqdirdə, yenidən düşünmədən hadisə yerinə qaçıb yardım edəcəyini bildirib:



"Ötən il artıq traktor bizimdir deyib xoşbəxt idik. Onu alovlar içində buraxmaq çox çətin idi. Amma buna məcbur oldum. Texnikanı ailəmin bir parçası olaraq görürdüm. Traktor, fermer üçün hər şeydir. Təəssüf ki, başımıza belə bir iş gəldi.”.



Süleyman xəstəxanaya aparılıb və ona üçüncü dərəcəli yanıq diaqnozu qoyulub.

Tural Tağıyev
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

HİK-in baş məşqçisi: "Cavab matçında sürpriz ola bilər"

SONRAKI XƏBƏR

"Neftçi"nin müdafiəçisi: "Səhvləri tək müdafiəçilərə bağlamaq olmaz"