Satanist sektası yaxalandı: Etirafları tükləri ürpədir - İki sekta üzvünü diri-diri... - FOTO

Satanist sektası yaxalandı: Etirafları tükləri ürpədir - İki sekta üzvünü diri-diri... - FOTO

Moskvanın iki sakini şeytana ibadət etdiyini və qurban kəsərkən ritual qətllər törətdiyini etiraf edib.

Metbuat.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb .

Bir neçə Moskva satanisti, Leninqrad Bölgəsi və Kareliyadakı meşələrdə törədilən bir sıra ritual cinayətləri etiraf ediblər. Onlar, satanist klubun digər iki üzvünün yoxa çıxmasında, parçalanmasında və yamyamlıqda iştirak etdiklərini deyiblər. Şübhəlilər, dediklərinə görə, tanışlarını Leninqrad bölgəsi və Kareliya meşələrinə aparıblar. Onlar narkotikin təsirində olduqlarından qurban olduqlarının fərqinə varmayıblar. Qaranlıq qüvvələrə qurban kəsmə mərasimi zamanı iki nəfər öldürülüb. Daha sonra cəsədləri hissələrə ayrılıb. Öldürülənlərin valideynləri, polisə açıqlamasında hər ikisinin 2016-cı ildən itkin düşdüyü bildiriblər.Hazırda fakt ilə bağlı araşdırmalar davam etdirilir.

Mənbə: metbuat.az