Burkina-Fasoda silahlılar 10-dan çox mülki şəxsi öldürüb

Burkina-Fasoda silahlılar 10-dan çox mülki şəxsi öldürüb

Burkina-Fasonun şimalında 10-dan çox mülki şəxs qətlə yetirilib. Hadisəni ölkədə fəaliyyət göstərən terror qruplarından birinin silahlıları törədib. Azvision.az xəbər verir ki, bu barədə “Agence France-Presse” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

"Bir qrup silahlı şəxs avqustun 4-də axşam saatlarında ölkənin şimalındakı kəndlərə hücumlar edərək 10-dan çox mülki şəxsi öldürüb", - məlumatda deyilir.

Pərvanə Sultanova

 

Mənbə: azvision.az