Fransada təyyarə qəzaya uğrayıb TURİSTLƏR ARASINDA ÖLƏNLƏR VAR

Fransada təyyarə qəzaya uğrayıb TURİSTLƏR ARASINDA ÖLƏNLƏR VAR

Fransanın cənub-şərqində, Savoya departamentində yüngülmühərrikli turist təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb. Bu barədə “Le Parisien” qəzeti Savoyya prefekturasına istinadən yazıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 14:30 radələrində baş verib. Təyyarədə dörd nəfər olub, xəsarət alan sərnişin xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Mənbə: virtualaz.org