Gorus-Qafan yolunda, Eyvazlı postunda saxlanılan iranlı sürücülər azərbaycanca danışır

Gorus-Qafan yolunda, Eyvazlı postunda saxlanılan iranlı sürücülər azərbaycanca danışır

Gorus-Qafan yolundan keçməklə İrandan Ermənistan (oradan isə Qarabağa) yüklər daşıyan sürücülərin bir çoxu azərbaycanlıdır, güney Azərbaycan sakinləridir. virtualaz.org xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun erməni xidmətinin reportajından məlum olur.

Xatırladaq ki, Azərbaycan Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi ərazisindən keçən hissəsində hərəkəti əvvəlcə sərhəd postlarında beton bloklarla məhdudlaşdırıb, daha sonra yolda polis postu qoyulub. Bir neçə gündür ki, həmin yoldan keçən İran TIR-ları və tankerləri saxlanılaraq yoxlanılır. Azərbaycan gömrükçülərinin iranlı sürücülərdən yol vergisi tutduqları da bildirilir.

Jurnalist həmin postda saxlanılan iranlı sürücülərdən bəziləri ilə söhbətləşib. Məlum olub ki, onlardan bir çoxu milliyətcə azərbaycanlıdır. Sürücülərdən biri deyir ki, azərbaycanlılar onlardan pul (yol vergisi,-red.) almayıblar: “Pul almadılar, dedilər bu dəfə hörmət eliyirıx, gedin, amma gələn dəfə alacağıq...”

Reportaja əsasən sürücülərin azərbaycanca danışdıqlarını radionun müxbirinə Zəngəzur sakini olan yaşlı erməni qadın tərcümə edir.

Mənbə: virtualaz.org