Qız qaçıran avtomobil nənəni vurub öldürdü

Qız qaçıran avtomobil nənəni vurub öldürdü

Cia.az xəbər verir ki, Gürcüstanda-azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Alget kəndində qız qaçırma hadisəsi baş verib.

Azərbaycanlı qız avtomobillə naməlum şəxslər tərəfindən qaçırılıb.

Qaçırılma zamanı qızın ana və nənəsi avtomobilin qarşısın keçib. Nəticədə avtomobil ana və nənəni vurub. Ana xəsarət alıb, nənə isə yerindəcə dünyasını dəyişib.

Hazırda qızı qaçıran(lar) saxlanılıb Marneuli polis bölməsindədir.

Mənbə: cia.az