Övladları ilə birgə itkin düşən qadın qohumu ilə qaçıbmış...

Övladları ilə birgə itkin düşən qadın qohumu ilə qaçıbmış...

Ağdamda iki azyaşlı oğlu ilə yoxa çıxan qadın tapılıb. Ağdam rayon sakini Ruqiyyə Əliyevanın atası Həmid Əliyevin verdiyi məlumata görə, onun qızı qohumluq əlaqəsi olan oğlanla ailə qurmaq məqsədi ilə qaçıb.

İlkin ifadəsində hər iki gənc valideynlərindən qorxduğu üçün getmələri barədə məlumat verməyiblər.

Qeyd edək ki, R.Əliyeva iki gün əvvəl Ağdam rayonunun Bənövşələr qəsəbəsində ata evindən iki azyaşlı uşağı ilə çıxıb və geri qayıtmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına da məlumat verilmişdi.

Mənbə: virtualaz.org