Erməni hərbçinin asılmış meyiti tapıldı

Erməni hərbçinin asılmış meyiti tapıldı

Bu gün Ermənistanın Ararat bölgəsində asılmış kişi meyiti tapılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Kabinetin damından meyiti asılı vəziyyətdə aşkarlanan şəxsin 44 yaşlı Makiç I. adlı hərbçi olduğu müəyyənləşib. Onun intihar etdiyi bildirilir.

Makiç Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

Faktla bağlı araşdırma aparılır.

Akif İsmayılov

Mənbə: modern.az