Mardində mikroavtobus qəzaya uğrayıb, yaralananlar var

Türkiyənin Mardin şəhərinin Midyat-İdil yolunda mikroavtobusun idarəetməni itirməsi nəticəsində qəza baş verib.

"Report" xəbər verir ki, bu barədə "Haberturk" məlumat yayıb.

Qəza nəticəsində 10 nəfər yaralanıb.

Qeyd edək ki, hadisə Midyat-İdil yolunun 3 kilometrliyində qeydə alınıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Taliban keçmiş zabiti edam etdi

SONRAKI XƏBƏR

Dünyada ilk TikTok fakültəsi AÇILDI