Gürcüstanda 22 yaşlı gənc silahlı insident zamanı 9 güllə yarası alıb

Gürcüstanda 22 yaşlı gənc silahlı insident zamanı 9 güllə yarası alıb

Gürcüstanın paytaxtı Tbilisidə silahlı insident baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Anjapirdze küçəsində qeydə alınan atışma nəticəsində 22 yaşlı Gürcüstan vətəndaşı Nika Kvaratsxelia 9 güllə yarası alıb.

Xəstəxanaya yerləşdirildiyi bildirilən yaralının vəziyyəti ilə bağlı məlumat verilməyib.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmaya başlayıb.

Atışmanın iki nəfər arasında olduğu ehtimal edilir.

BAKU.WS

Mənbə: baku.ws