Oğuzda mal tövləsi və ot anbarı yanır

Oğuz rayonunda yanğın baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Yaqublu kəndində qeydə alınıb.

Kənd sakini Rəhman İsmayılova məxsus mal tövləsi və ot anbarı anidən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Heç kəs gözləmirdi ki, Azərbaycan müharibə edər” PAŞİNYAN

SONRAKI XƏBƏR

Blinken və Stoltenberq Əfqanıstanı müzakirə edib