Tayvan döyüş təyyarələrini magistral yola endirdi - Foto

Tayvan döyüş təyyarələrini magistral yola endirdi  - Foto

Çin və Tayvan arasında davam edən gərginlik bir daha təsdiqini tapdı.

“Qafqazinfo” Tayvan Mərkəzi Xəbər Agentliyinə (CNA) istinadən xəbər verir ki, iki ölkə bir-birilərini hərbi təlimlərlə hədələyiblər. Tayvanda keçirilən "2021 Han Kuang" təlimində ortaya çıxan bir görüntü dünya gündəmində də müzakirələrə səbəb olub.

Belə ki, Tayvan döyüş təyyarələri ölkədə uçuş-enmə zolağında yaranan problemlə bağlı olaraq, magistral yola təcili eniş ediblər. Belə hadisə ölkə tarixində ilk dəfə yaşanır.

Tayvan ordusundan verilən açıqlamada bildirilib ki, Pingtung Hava Bazasındakı hava zolağının düşmən qüvvələri tərəfindən ciddi şəkildə zədələndiyi təqdirdə, pilotların 24 metr enində yola enmə qabiliyyəti sınaqdan keçirilib. Təlimin bir hissəsi olduğu iddia edilən hadisə ilə bağlı açıqlamada, belə bir təlimin ilk dəfə işıqforlu və kəsişməli bir magistral yolda edildiyi qeyd edilib.



Mənbə: qafqazinfo.az