Yasamalda insan sümükləri tapıldı

Paytaxtın Yasamal rayonu, kənar dairəvi yol, Qanlıgölün qərb hissəsində, köməkçi yolun sağ kənarında yerləşən təpəliyin təxminən yerdən 8 metr hündürlüyündə olan qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqların, o cümlədən insan skeletinin digər hissələrinin aşkar olunması faktı ilə bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə "Report" Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə əraziyə baxış keçirilib, aşkar olunmuş insan skeletinə bənzər sümüklər müvafiq qaydada qablaşdırılaraq götürülüb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.

Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

 

Report.az

ƏVVƏLKİ XƏBƏR

Yəməndə fövqəladə vəziyyət elan edildi

SONRAKI XƏBƏR

Avropa Liqası: "Qalatasaray" "Latsio" ilə, "Fənərbağça" "Ayntraxt"la qarşılaşacaq