Verilişdə valideynlərini axtaran kişi, 19 qardaşının olduğunu öyrəndi

Verilişdə valideynlərini axtaran kişi, 19 qardaşının olduğunu öyrəndiAlmaniyada yaşayan 4 uşaq atası 35 yaşlı Aleksandr adlı şəxs 33 il əvvəl onu tərk edən valideynlərinin axtarışı üçün Türkiyəyə gəlib.

Day.Az Unikal.org-a istinadən xəbər verir ki, Aleksandr Müge Anlının verilişinə müraciət edərək, valideynlərini tapmasında köməklik istəyib. Çox keçməyib ki, Aleksandrın istəyi gərçəkləşib. Belə ki, Müge Anlı ona valideynlərini tapdığını bildirib. Verilişdə həyəcanlı anlar yaşayan kişi daha bir xəbər eşidib. Aleksandr 1988-ci ildə tərk edən ailəsinin daha 19 övladının olduğunu öyrənib. Həyatının şokunu yaşayan kişi nə edəcəyini bilməyib.

1 yaşı olarkən övladlığa verildiyini və illərdir Almaniyada böyüdüyü etiraf edən, Aleksandr ailəsindən bunu gözləmədiyini bildirib.

 

Day.az

ƏVVƏLKİ XƏBƏR

Çində tam peyvənd olanların sayı 1 milyardı keçdi

SONRAKI XƏBƏR

“Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi müzakirəyə çıxarılır