Nigeriyada aviazərbələr endirildi: 9 ölü, 23 yaralı

Nigeriyada aviazərbələr endirildi: 9 ölü, 23 yaralı

Nigeriya Hərbi Hava Qüvvələri (HHQ) ölkənin Yobe vilayətində qiyamçılara aviazərbələr endirib.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli mənbələrə istinadən məlumat yayıb.

Zərbə nəticəsində azı 9 nəfər ölüb, 23 nəfər yaralanıb. Agentlik bildirib ki, ölənlərin əksəriyyəti mülki şəxslərdir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: modern.az