Dünyanın ən nəhəng ağacları məhv olma təhlükəsi qarşısındadır

ABŞ-ın Kaliforniya ştatındakı Sierra Nevada dağlarında davam edən meşə yanğınları dünyanın ən böyük ağaclarını təhdid altında qoyub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, bölgədə sentyabrın 9-da ildırım çaxması nəticəsində başlayan iki yanğın Kaliforniya Sekoya Milli Parkındakı “Giant Forest” adlı dünyaca məşhur nəhəng sekoya meşəsinə çatmaq üzrədir.

Qeyd olunub ki, yanğınsöndürənlər nəhəng ağacların bəzilərini yanğına davamlı alüminium örtüklərlə sarıyıblar. Sarınan ağaclar arasında təxminən 84 metr hündürlüyü və 31 metrdən çox çevrəsi olan dünyanın ən böyük tək köklü ağacı – “General Sherman” adlı sekoya da var.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ Çinlə münasibətlərindəki məqsədi açıqladı

SONRAKI XƏBƏR

Bu ölkə dünyada istifadə olunan bütün vaksinləri tanıyır