ABŞ-da bir gündə 1699 nəfər virusdan ölüb

ABŞ-da əhalinin kütləvi vaksinasiyasının aparılmasına baxmayaraq, COVID-19-a gündəlik yoluxma artmağa davam edir.

“Report”un məlumatına görə, son bir gündə ərzində 124 023 nəfərin testi müsbət olub. Müalicə alan 1 699 pasiyentin isə həyatını xilas etmək mümkün olmayıb.

Son məlumata görə, ölkədə virusa yoluxan 42 606 565 nəfərin 32 322 235-i sağalıb. Müalicə alan 9,5 milyon pasiyentin 25 mini xəstəliyi ağır keçirir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ Çinlə münasibətlərindəki məqsədi açıqladı

SONRAKI XƏBƏR

Bu ölkə dünyada istifadə olunan bütün vaksinləri tanıyır