Azərbaycanda unikal əməliyyat. Boğazı üzülən Azər Məmmədov həyata qaytarılıb (VİDEO)

Azərbaycanda unikal əməliyyat. Boğazı üzülən Azər Məmmədov həyata qaytarılıb (VİDEO)

Məmmədov Azər. Sentyabrın 13-də saat 14:00 radələrində ağır vəziyyətdə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirilib.

Səbəb isə boyunun 3-də 1 hissəsinin kəsilmiş-didilmiş yarası, bir neçə boyun orqanlarının zədələnməsi, yaralanması ilə bağlıdır. Yaralı təcili olaraq əməliyyat otağına alınıb.

Cərrah Fariz Camalov tərəfindən xəstənin “laqunda” ilə kəsilmiş boğazı bərpa edilib.

Əməliyyatdan sonra xəstə reanimasiyaya yerləşdirilib. İkinci gündən etibarən onun qidalanması təmin edilib.

Həkim Fariz Camalovun sözlərinə görə, əməliyyatın aparılması zamanı lazım olan texniki vasitələrin və materialların təminatı icbari tibbi sığorta tərəfindən qarşılanıb. xəstədə 5 anatomik üzv zədələnib. Hazırda onun vəziyyəti yaxşıdır. Müalicəsi davam etdirilir.

Mənbə: www.realtv.az