Makronu Hitlərə bənzədən aktivist CƏZALANDI - FOTO

Makronu Hitlərə bənzədən aktivist CƏZALANDI - FOTO

Fransa prezidenti Emmanuel Makronu Adolf Hitlerə bənzədən aktivist cəzalandırılıb.

Bizim.Media “Euronews” istinadən xəbər verir ki, məhkəmə 62 yaşlı aktivist Mişel-Anj Florini reklam lövhəsində Emmanuel Makronu Adolf Hitlerə bənzətdiyinə görə 10 000 avro həcmində cərimələyib.

Aktivist dövlət başçısını açıq şəkildə təhqir etməkdə təqsirləndirilib.

Qeyd edək ki, Makron iyul ayının sonunda reklam lövhəsinin müəllifini məhkəməyə verib. Həmin vaxt Tulon şəhərinin küçələrində üzərində Hitlerə bənzədilən Makronun şəkli olan reklam lövhəsinə “İtaət et. Peyvənd ol” yazısı da həkk olunmuşdu.

Bizim.Media

Mənbə: bizim.media