"Çantu" tayfunu Yaponiyanı cənginə alıb.
101.az xəbər verir ki, təbii fəlakət nəticəsində 5 nəfər yaralanıb.
Xeyli sayda evə ziyan dəyib. 30-dan artıq təyyarə və qatar reysləri tayfuna görə təxirə salınıb. Qeyri-sabit hava şəraiti ölkənin Kyuşu, Şikoku və Kinki bölgələrini cənginə alıb.
7 min evin işıqsız qaldığı bildirilir. Ölkənin hava bürosu əhaliyə ehtiyatlı olmaq və evdən bayıra çıxmamaqla bağlı xəbərdarlıq edib.
(publika az)
Mənbə: 101.az