Dünyada BİR İLK: doğuşdan 35 dəqiqə sonra səs verdi

Dünyada BİR İLK: doğuşdan 35 dəqiqə sonra səs verdi

Buryatiya sakini doğumdan 35 dəqiqə sonra səs verib.

ONN media xəbər verir ki, bu barədə səsvermə üzərində ictimai nəzarət üzrə koordinasiya şurasının sədri Maksim Qriqoryev bildirib .

“Buryatiya sakini doğuşdan 35 dəqiqə sonra səs verdi. Yaxşı əhval-ruhiyyədə idi. Onunla hər şeyin yaxşı olduğu göz qabağındadır, – Qriqoryev brifinqdə deyib.

“Saat 16:45-də kiçik bir adama həyat verdi və 17:20-də artıq Rusiya Federasiyası Dövlət Dumasına seçkilərdə səs vermişdi. Doğum evində səs vermək üçün səs qutusu istədi. Məntəqə seçki komissiyası və müşahidəçilər qadının istəyini yerinə yetirdilər ”, – mesajda deyilir.

Qeyd edək ki, Dumada və digər seçkilərdə səsvermə bu il sentyabrın 17-dən 19-dək keçiriləcək.

Mənbə: onn.az