"Taliban" avtomobillərinə hücum edildi: Ölən və yaralananlar var

"Taliban" avtomobillərinə hücum edildi: Ölən və yaralananlar var

Əfqanıstanda silsilə terror aktları törədilib.

101.az xəbər verir ki, baş vermiş 4 partlayışdan biri ölkənin paytaxtı Kabildə, digərləri isə Nanqarhar vilayətində törədilib.

“Taliban” avtomobillərinin hədəf alındığı terror aktlarında 3 nəfər ölüb, 22 nəfər yaralanıb.

Ölənlərin mülki əhali, yoxsa “Taliban” üzvləri olduğu müəyyən edilməyib.

Mənbə: 101.az