Amerikalı milyonçu özünü ələ verdi: Bilmədən sevgilisini öldürdüyünü etiraf etdi

Amerikalı milyonçu özünü ələ verdi: Bilmədən sevgilisini öldürdüyünü etiraf etdi

Amerikalı milyonçu Robert Derst sevgilisi Syuzan Bermanın qətlində təqsirli bilinib.

Hadisə 2001-ci ildə, mərhum Berman 1982-ci ildə iş adamının həyat yoldaşının itməsi ilə bağlı polisə ifadə vermək istədiyi vaxt baş verib. Qadın evində başında güllə yarası ilə tapılıb.

Daşınmaz əmlak maqnatının özü uzun illərdir ki, arvadının başına nə gəldiyini və Bermanı kimin öldürdüyünü bilmədiyini deyir.

Derstin günahının sübutlarından biri olaraq, prokurorluq “Milyarderin sirləri. Robert Derstin həyatı və ölümləri ”(The Jinx) sənədli filmindən istifadə edib.

Çəkilişlərdə ara verən iş adamı tualetə gedib və orada bir neçə ifadə səsləndirib: “Bax, yaxşı ələ düşmüsən. Lənət şeytana, mən nə etdim ki? Təbii ki, hamısını öldürdüm”.

Bu zaman onun üzərində mikrofon açıq olub və etiraf qeydə alınıb.

Münsiflər heyəti üç gün ərzində təxminən yeddi saat müzakirə aparıblar. 78 yaşlı daşınmaz əmlak maqnatını indi ömürlük həbs cəzası gözləyir. Hökmün elan edilməsi oktyabrın 18-nə təyin edilib.

Derst əvvəllər cinayət işi üzrə məhkum olunub. 2001-ci ildə o Texasdakı pansionatda qonşusunu öldürüb və cəsədini parçalayıb. Lakin məhkəmədə bunun özünümüdafiə üçün edildiyi sübut oluna bildi. Derstə qarşı irəli sürülən əsas ittiham ləğv edildi, o, digər iki maddə ilə günahını etiraf etdi və 2003-cü ildə 5 il həbs cəzasına məhkum edildi, 2006-cı ilin əvvəllərində həbsdən çıxdı.

Mənbə: www.oxu.az