Livanda yük maşınından 20 ton ammonium nitrat çıxdı

Livanda yük maşınından 20 ton ammonium nitrat çıxdı

Livanda Beka Vadisi bölgəsində yük maşınında 20 ton ammonium nitrat ələ keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Livan daxili işlər naziri Bəssam Məvləvi məlumat yayıb.

O hadisə ilə əlaqədar istintaq başladıldığını və təhlükəsizlik qüvvələrinin şübhəliləri yaxalamaq üçün əməliyyatlara davam etdiyini bildirib.

Məvləvi ələ keçirilən ammonium nitratın təhlükəsiz bir yerə aparılacağını vurğulayıb.

Mənbə: axar.az