Voleybol oyunu zamanı tribunaya qumbara atıldı: Yaralananlar var

Filippinin Mindanao adasında qumbaranın partlaması nəticəsində ən azı səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisənin idman zalında voleybol oyunu keçirilən zaman baş verib.

Naməlum şəxslər bir qrup azarkeşin əyləşdiyi tribunaya qumbara atıb. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda hadisə yerində polis əməkdaşları və kriminalistlər çalışır.

İnsidentin səbəbləri araşdırılır.

Mənbə: “Sinxua”

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Goranboyda qadını zəhərli həşərat sancdı

SONRAKI XƏBƏR

Fransada ov qadağası etirazlara səbəb olub – FOTO