Abşeronda üç minik avtomobili toqquşub, biri yanıb

Abşeronda üç minik avtomobili toqquşub, biri yanıb

Abşeron rayonunda üç minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda “Chevrolet”, “VAZ” və “Daewoo” markalı üç minik avtomobili toqquşub. Nəticədə “Daewoo” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: az.trend.az