Papua-Yeni Qvineyada 5,6 bal gücündə zəlzələ baş verib

Papua-Yeni Qvineyada 5,6 bal gücündə zəlzələ baş verib

Sentyabrın 19-da Papua-Yeni Qvineyada 5,6 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Papua-Yeni Qvineyanın paytaxtı Port-Morsbi şəhərindən 156 kilometr şərqdə, ocağı 40 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Vüqar Ağayev

 

Mənbə: azertag.az