Sürücü restorana avtomobili ilə "daxil oldu": 6 yaralı

Sürücü restorana avtomobili ilə "daxil oldu": 6 yaralı

Fransada idarə etməni itirən sürücü iki restorana avtomobili ilə "daxil olub".

Modern.az "Sözcü"yə istinadla xəbər verir ki, avtomobilin ard-arda iki qonşu restorana çırpılması nəticəsində 6 nəfər yaralanıb.

Hadisə Fontanbleau şəhərində qeydə alınıb. Hadisə yerinə təcili yardım çağırıb, hətta yanğın və partlayış ehtimalı nəzərə alınaraq, helikopter də havaya qaldırılıb.

Yaralılardan üçü xəstəxanaya yerləşdirilib. Hadisənin qəsdən törədilmə ehtimalı da istisna edilmir. Qəza törədən sürücü psixologiya mərkəzinə göndərilib. Araşdırma aparılır.

Turan

Mənbə: modern.az