Lavrovun gizli eşqi üzə çıxdı - FOTOLAR

Lavrovun gizli eşqi üzə çıxdı - FOTOLAR

Uzun illərdir Rusiya prezidenti Vladimir Putinlə çiyin-çiyinə çalışan Xarici İşlər naziri, 71 yaşlı Sergey Lavrovun gizli eşqi üzə çıxıb. Bununla əlaqədar ölkənin əsas müxalif lideri Aleksey Navalnının komandası hazırladığı materialları ictimaiyyətə açıqlayıb.


Modern.az "Milliyet"ə istinadla xəbər verir ki, Rusiyanın XİN başçısının Svetlana Polyakova ilə gizli eşq yaşadığı iddia edilir. Araşdırma materiallarında Lavrovun Polyakova ilə özəl həyatı, birgə səyahətləri, eləcə də sevgilisinin nazirin vasitəsi ilə əldə etdiyi siyasi güclə bağlı incə detallar yer alıb.

 

Vurğulanır ki, Sergey Lavrov sevgilisinin lüks həyat məsrəflərini dövlət büdcəsi hesabına qarşılayır. Hətta Lavrovun sevgilisinin 60-dan çox diplomatik missiyada onu müşaiyət etdiyi qeyd olunur. İddialara görə, Polyakova Lavrovla birlikdə Fransa, Sinqapur, Yunanıstan kimi ölkələrə səfərlər zamanı diplomatik missiyada yer alıb.

 

Peşəsi aktrisa olan Polyakovanın restoran biznesində ad-san qazandığı da bildirilir. Hətta Svetlananın tez-tez xarici səfərlər zamanı Rusiya Xarici İşlər Nazirliyinə məxsus xidməti təyyarədən istifadə etdiyi yazılıb. Bəzi ölkələrdə Polyakovanı Lavrovun həyat yoldaşı olduğunu zənn ediblər.

 

Eyni zamanda, Sergey Lavrovun sevgilisinin 2014-cü ildən bəri Xarici İşlər Nazirliyində çalışdığı da xüsusi vurğulanır. Onun Rusiya və İngiltərədə 13,6 milyard dollarlıq xüsusi mülkləri, malikanə və yaxtalarının olduğu iddia edilir.

Qeyd edək ki, nazir Sergey Lavrov Mariya Lavrova ilə evlidir və onun Yekaterina adlı bir qızı var.


Turan

 

Mənbə: modern.az