Braziliyada koronavirus: son bir gündə 150 mindən çox yoluxma aşkarlanıb

Braziliyada koronavirus: son bir gündə 150 mindən çox yoluxma aşkarlanıb

Braziliyada son sutka ərzində daha 150 106 nəfərin koronavirus infeksiyasına yoluxması, 935 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 21 230 325 nəfər yoluxub. Bu müddət ərzində 590 508 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 20 280 294 xəstə müalicə olunaraq sağalıb.

Mənbə: virtualaz.org