Azərbaycanda ötən il 16 nəfər cəzaçəkmə müəssisələrindən QAÇIB

Azərbaycanda ötən il 16 nəfər cəzaçəkmə müəssisələrindən QAÇIB

Ötən il Azərbaycanda axtarışda olan şəxslərin ümumi sayı 4959 nəfər olub. Bu barədə Modern.az saytına Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, cəzaçəkmə müəssisələrindən qaçanlar 16 nəfər, cəza çəkməkdən qaçanlar isə 221 nəfər təşkil edib.

İstintaqdan, təhqiqatdan və məhkəmədən yayınanlar 4723 nəfər olub.

Axtarışda olan şəxslərin ümumi sayından 14-17 yaşda olan uşaqlar 42 nəfər təşkil edib.

Dövlət hakimiyyəti əleyhinə olan cinayətlərə görə 62 nəfər, qəsdən adam öldürmə və adam öldürməyə cəhdə görə 94 nəfər, zorlama və zorlamaya edilən cəhdlə əlaqədar 9 nəfər axtarışa verilib.

Törədilmiş cinayət növləri üzrə 1075 nəfər oğurluq, 870 nəfər dələduzluq, 84 nəfər mənimsəmə və ya israf etmə, 87 nəfər soyğunçuluq, 63 nəfər quldurluq, 12 nəfər banditizmə görə axtarışa verilib.

A.Qorxmaz

Mənbə: modern.az