Sumqayıtda iki avtomobil toqquşub, xəsarət alan var

Sumqayıtda iki avtomobil toqquşub, xəsarət alan var

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Minval.info-nun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Dadaşov Balağa Əzizağa oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Mənbə: minval.info