Koronavirusa yoluxmuş cərrah Niyazi Eminov dünən axşam saatlarında Mərkəzi Gömrük Hospitalına köçürülüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bir müddətdir, "Yeni klinika"da müalicə olunan cərrahın Mərkəzi Gömrük Hospitalına köçürülməsinə qərar verilib.
N. Eminovun vəziyyəti ağır-stabil kimi qiymətləndirilir. Onun ağciyərlərində 90 faiz buzlaşma qeydə alınıb.
Qeyd edək ki, atası N. Eminovun Mərkəzi Gömrük Hospitalına köçürülməsi üçün müraciət etmişdi.
Milli.Az
Mənbə: news.milli.az