Azərbaycanda masajist Səhiyyə Nazirliyini məhkəməyə verdi

Azərbaycanda masajist Səhiyyə Nazirliyini məhkəməyə verdi

İşdən azad edilən tibb işçisi çalışdığı müəssisəni məhkəməyə verib.

Oxu.Az-ın məlumatına görə, 15 saylı poliklinikada çalışan tibb işçisi E.Əliyeva işdən çıxarıldığı üçün poliklinikanı və Səhiyyə Nazirliyini məhkəməyə verib.

Məsələ ilə bağlı 15 saylı poliklinika ilə əlaqə saxladıq. Xəstəxana Oxu.Az-a E.Əliyeva adlı əməkdaşlarının olduğunu təsdiq edib:

“Belə bir əməkdaşımız olub. O, poliklinikada masajist kimi çalışıb. Lakin, iki dəfə həkimlərin sertifikasiya imtahanından kəsildiyi üçün işdən azad edilib”.

Mənbə: www.oxu.az