Polşa-Belarus sərhədində dörd miqrantın cəsədi aşkarlanıb

Polşa-Belarus sərhədində dörd miqrantın cəsədi aşkarlanıb

Polşanın Belarusla həmsərhəd regionunda üç nəfərin cəsədi aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, həmin şəxslərin Polşa ərazisinə qeyri-qanuni yollarla keçməyə cəhd göstərən miqrantlar olduqları müəyyənləşdirilib.

Polşanın Baş naziri Mateuş Moravietski bu barədə sosial media hesabında paylaşım edib. Qeyd edilib ki, faciənin araşdırılması üçün prokurorluq orqanı tərəfindən cinayət işi başlanıb.

M.Moravietsiyə görə, sərhədin Belarusa aid hissəsində də bir qadın cəsədi tapılıb.

Polşa Belarusla sərhəd regionunda fövqəladə vəziyyət elan edib. Sərhəd zolağında daimi yaşamayan şəxslərin həmin əraziyə daxil olması qadağan edilib. Hazırda Polşa hərbçiləri sərhəd boyunca tikanlı məftillərdən sədd çəkirlər.

Mənbə: azertag.az